Prokurorluq Yasamal rayonunda noyabrın 27-də 18 yaşlı qızın intihar etməsi barədə məlumat yayıb. Faktla bağlı noyabrın 29-da rayon prokurorluğunda Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma" və "pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma" maddələri ilə cinayət işi başlanıb.
Noyabrın 27-si saat 15:00 radələrində Fidan Niftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub. Məlumata görə, 18 yaşlı Fidan Niftəliyeva “18+” videoları ilə şantaj edilirmiş. Həmin videolar sosial şəbəkələrin birinin qrupunda paylaşılıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.