Rusiya Prezidenti Vladimir Putin Vladimir Leninin nəşinin dəfn olunmasının mümkünlüyündən danışıb.
İnsanoid.com xəbər verir ki, bu barədə Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında nə vaxtsa cəmiyyətin Leninin nəşinin dəfninə hazır olacağını söyləyib.
Qeyd edək ki, Leninin mumyalanmış nəşi Qırmızı Meydandakı Mavzoleydə saxlanılır. Cəmiyyətdə ara-sıra onun nəşinin dəfn olunması ilə bağlı çağırışlar səslənir.