Qəbul imtahanlarının məzmununda işğaldan azad edilən ərazilərin tarixləri də əks olunacaq. Bu barədə Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Məleykə Abbaszadə oktyabrın 27-də məlumat verib.
Onun sözlərinə əsasən, bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər elektron imtahan təşkil olunacaq. “Yeni proqram dərc edildikdən sonra bu il epidemioloji vəziyyət imkan verərsə, yanvar ayından sınaq imtahanları keçiriləcək”, - deyə nümayəndə qeyd edib.