Mursiya Universitetinin ispan arxeoloqları Cəbəllüttariq dağlarında Yer kürəsinin ən qədim istehsal müəssisələrindən birini - Neandertallar tərəfindən Vanqard mağarasında qurulmuş bitki qatranının distillə edilməsi üçün soba tapıblar.
Bu barədə məlumat "Quaternary Science Reviews" elmi jurnalında dərc olunub.
Məlumatlara əsasən, tapıntının yaşı təxminən 65 min il civarındadır.
Alimlərin fikrincə, aşkar edilmiş artefaktlar neandertalların istilikdən istifadə edərək, bitkidən yapışqan maddə almasını göstərir.
Bu yapışqan daş alətlər, taxta tutacaqlara yapışdırılaraq alətlərin hazırlanmasında istifadə olunub.
[gallery link="file" columns="1" size="full" ids="206565"]