Türkiyənin "Qalatasaray" klubu yeni futbolçu transferini gerçəkləşdirib. Bu barədə İnsanoid İstanbul təmsilçisinin rəsmi “Twitter” hesabına istinadən xəbər verir.
Almaniya “Leyptsiq"dən Xose Anxel Esmoris Tasende (Anxelinyo) transfer edilib.
"Sarı-qırmızılar" 26 yaşlı cinah müdafiəçisinin keçidi üçün Bundesliqa təmsilçisi ilə danışıqlara başlanıldığını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.
"Qalatasaray" İspaniya oyunçusunun videosunu paylaşaraq onun Türkiyəyə yollandığını diqqətə çatdırıb.
Anxelinyo 2020-ci ildə “Leyptsiq"ə keçib.