Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxsləri saxlayıblar. Bu barədə Report 14 iyul tarixində məlumat verib.
Araşdırma zamanı balıq ovlayan şəxslərin Cəlilabad rayon sakinləri Mirqoca və Mirağamalı Kərimovlar olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.