Noyabrın 6-da Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz dəmir məmulatları daşıyan sürücü saxlanılıb. Bu haqda DİN məlumat verib.
Sürücünün şəxsi avtomobilinə baxış keçirilən zaman 7 ton dəmir məmulatları və 2 baş heyvan aşkar edilib.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.