Xaçmazda kənd təsərrüfatı bazarında aparılan araşdırmalar zamanı 2 şəhər sakini tərəfindən ovlanması qadağan olunmuş nərə balıqlarının satılması faktı aşkar olunub. Bu haqda noyabrın 1-də Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat verib.
Faktla bağlı akt tərtib edilib və təqsirkar şəxslər barəsində tədbir görülüb.