Qarayazı Dövlət Təbiət Qoruğunun ərazisində balıq ovlayan şəxs saxlanılıb. Bu barədə 29 mart tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, araşdırma zamanı brakonyerin Qazax rayon sakini olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.