Xəzər dənizi sahillərində və Yenikənd su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu haqda noyabrın 19-da Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşı məlumat verib.
Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Ümumi olaraq ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən 4 nəfər saxlanılıb.
Onlar barədə protokol tərtib olunub.