Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Ağdaş rayon sakininin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Bu barədə 18 dekabr tarixinədə Report məlumat verib.
Qeyd edək ki, 1959-cu il təvəllüdlü şəxslə 1968-ci il təvəllüdlü qardaşı arasında mübahisə yaranıb. Nəticədə sonuncu odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə ittiham irəli sürülüb.