Astarada qardaşını öldürməyə cəhd edən qadının cinayət işi məhkəməyə göndərilib. Bu barədə aprelin 18-də Baş Prokurorluqdan məlumat verilib.
Hadisə cari ilin yanvar ayında rayonun Təngərüd kəndində baş verib. 36 yaşlı Nadirə Qənbərova şəxsi münasibətlər zəminində əvvəllər aralarında olmuş mübahisə ilə əlaqədar qeyd edilən tarixdə yatmış vəziyyətdə olan İlkin Qənbərova balta ilə xəsarətlər yetirib.
N.Qənbərova “təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd” maddəsilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.