Qaxda torpaq mülkiyyətçiləri bu günədək 888 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu barədə 4 aprel tarixində Azərtac məlumat verib.
Məlumata əsasən, indiyədək məhsul istehsalçıları 224,5 hektar sahədə kartof, 91,5 hektarda tərəvəz, 98,5 hektarda vələmir, 8,5 hektarda lobya, 13 hektarda bostan bitkiləri əkib, 452 hektar sahəyə çoxillik yonca səpiblər.
Qeyd olunub ki, istixana şəraitində yetişdirilən tütün şitillərinin aprelin 20-dən sonra sahələrə köçürülməsi nəzərdə tutulur.