Qaxda kişi qarğıdalı bitkilərini dərmanlayarkən zəhərlənib. Bu barədə 7 avqust tarixində Report xəbər verib.
Hadisə sözügedən rayonun Tanqıt kəndində avqustun 6-da baş verib.
43 yaşlı kənd sakini, Fehruz Fərzəliyev qarğıdalı bitkilərini kənd təsərrüfatı təyinatlı dərmanla dərmanlayarkən zəhərlənib.
O, xəstəxanaya müraciət edib. Onun müalicəsi davam etdirilir.