Şahbuz rayon sakini faciəli şəkildə ölüb. Bu barədə 19 avqust tarixində Report məlumat verib.
Hadisə rayonun Keçili kəndində, "Sərxanlı" adlanan ərazidə qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Əliyev Pirverdi Əvəz oğlu dağdan qaya balı yığarkən tarazlığını itirib.
Nəticədə o, dərəyə düşərək vəfat edib.