Qazaxda kafe sahibi bıçaqlanıb. Bu barədə 11 avqust tarixində Report məlumat verib.
Böyük Cəfərli kənd sakini, 41 yaşlı Sənan Omarov münaqişə zamanı sinə nahiyəsindən bıçaqlanıb.
O, xəstəxanaya yerləşdirilib.
S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 39 yaşlı Əfqan Vəliyev saxlanılıb və istintaqa təhvil verilib.
Şübhəli şəxs müştəri kimi kafeyə gedib və yeyib-içdikdən sonra hesabı istəyib. O, hesabla razılaşmadığına görə kafe sahibi ilə mübahisə edib və bu zaman ona bıçaqla xəsarət yetirib
Faktla bağlı araşdırma aparılır.