Mədəniyyət Nazirliyinin reyestrində olan Qazax Müəllimlər Seminariyasının tarixi binasının təmir-bərpa işləri aparılır. Bu haqda martın 19-da APA xəbər paylaşıb.
Tarixi abidə bərpasından sonra təhsil ocağı, həmçinin muzey və incəsənət mərkəzi kimi də xidmət göstərəcək.
Həyata keçirilən yenidənqurma işləri Seminariyaya yaxın yerləşən və fevralın 25-də Mədəniyyət Nazirliyinin balansına verilən İsrafil ağa hamamına da şamil edilir.