Qazaxda oktyabrın 16-da polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən rayon sakini saxlanılıb. Bu haqda DİN məlumat verib.
Onun yaşadığı evə baxış keçirilən zaman oradan heroin, metamfetamin, marixuana və müxtəlif şprislər aşkar edilərək götürülüb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.