Qazaxda intihar hadisəsi baş verib. Bu barədə 5 avqust tarixində APA məlumat verib.
Hadisə rayonun Aşağı Salahlı kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü Aytən Mehdiyeva yaşadığı evdə özünü asıb. Gənc qadının meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.