Qazaxın Əzizbəyli kəndində aprelin 12-də bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA məlumat verib.
"Niva" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü yaralanıb. O, xəstəxanaya çatdırılıb.