Qobustanın Dərəkənd kəndi ərazisində noyabrın 19-u saat 10:00 radələrində insan skeleti aşkar edilib. Bu haqda Baş Prokurorluq məlumat yayıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.