Qubada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Xucbala kənd sakini saxlanılıb. Bu barədə Report aprelin 11-də xəbər verib.
Saxlanılan şəxsdən yarım kiloqramdan çox marixuana, əkilib-becərilməsi qadağan edilmiş kannabis və onun toxumları, külli miqdarda heroin, tiryək, metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanıb.
Həmçinin sözügedən şəxsin evindən 2 ədəd tüfəng və onlara aid patronlar, 2 ədəd fərqli silahlara məxsus nişangahlar və 3 ədəd xəncər-bıçaq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.