Qubada 47 yaşlı kişinin meyiti tapılıb. Bu barədə 3 avqust tarixində APA məlumat verib.
Barlı kənd sakini, 1976-cı il təvəllüdlü Niyət Qədirovun meyiti yaşadığı evin həyətindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb. Onun intihar etdiyi ehtimal edilir.
Şəmkirdə də rayon sakini, 1969-cu il təvəllüdlü Zahid Qasımov yaşadığı evdə özünü taxta mildən kəndirlə asaraq intihar edib.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.