Qubada avtoxuliqanlıq edən sürücü saxlanılıb. Bu barədə aprelin 14-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayon sakini Röyal Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub və vətəndaşların narazılığına səbəb olub.
Məhkəmənin qərarı ilə R.Məmmədov 15 sutka inzibati həbs edilib və onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.