“Yaşıl Marafon” çərçivəsində Qubada meşəsalma aksiyası keçirilib. Bu haqda aprelin 14-də Report məlumat yayıb.
Alpan meşəbəyliyi ərazisində olan açıq sahədə 1 650 ədəd ağcaqayın tingi əkilib.
Qeyd edilib ki, həyata keçirilən kampaniya zamanı yaz-payız əkin mövsümlərində 1 000 hektar ərazidə ağacların əkilməsi nəzərdə tutulur. Əsas məqsəd meşə sahələrini artırmaq, ölkəmizin flora müxtəlifliyinin artırılmasıdır.