Qubada qızının boşanmasını qəbul edə bilməyən qadın həyatına son qoyub. Bu haqda aprelin 7-də Kriminalqafqaz məlumat yayıb.
İnsident şəhərin 29-cu kvartalında qeydə alınıb. 1968-ci il təvəllüdlü qadın özünü naqildən asaraq intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən mənzilin zirzəmisində tapılıb.
İlkin məlumata görə, ailəli, 2 uşaq anası və ali təhsilli olan qadın qızının ailəsi dağıldığı üçün son aylarda depressiv vəziyyətdə olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.