Qubada qanunsuz qum hasilatı ilə bağlı 5 cinayət işi açılıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qubada yerləşən “Mirzəqışlaq”, “Talıbqışlaq”, “Qaralçay” və “Qudyalçay” qum-çınqıl yataqlarında qanunsuz qum hasilatı nəticəsində təbiətə 1 milyon 144 min manat ziyan vurulub.
Faktla bağlı “torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma”, “yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələrilə 5 cinayət işi başlanılıb.