Oktyabrın 25-də Qubadlı rayonunun Davudlu, Bəxtiyarlı və Əliquluuşağı kəndlərinin ərazisində yabanı halda bitmiş ümumi çəkisi 7 tona yaxın olan 12 668 ədəd çətənə bitkisi yığılaraq məhv edilib.
Həmçinin DİN-dən verilən məlumata görə, həmin rayonun ərazisində düşmənin tərk etdiyi hərbi mövqelərdən 7 avtomat, 2 pulemyot, 1 qumbaraatan, 1 minaatan qurğusu, 42 qumbara, 314 qumbaaratan mərmisi, 118 minaatan mərmisi, 280 müxtəlif növ alışdırıcılar, 22 minə yaxın müxtəlif çaplı patronlar, 31 partlayıcı vasitələr və digər sursatlar aşkar edilib.
Oxşar hadisə oktyabrın 20-də Xocavənd rayonunda qeydə alınmışdır.