Dövlət Gömrük Komitəsi Qubadlı rayonu ərazisində “Qubadlı” gömrük postu yaradıb. Bunu oktyabrın 27-də “Report”a müsahibəsində gömrük xidməti general-mayoru Məsum Rəsulov bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin və ya digər qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə post yaradılıb.
O bildirib ki, həmin ərazidə Baş idarənin struktur bölmələrinin əməkdaşları mütəmadi olaraq yeni yaradılmış gömrük postuna ezam edilərək müvafiq vəzifələrin həyata keçirilməsi təmin edilməkdədir.