Qubadlıda traktor aşması nəticəsində bir nəfər həlak olub. Bu barədə martın 10-da APA məlumat yayıb.
Hadisə rayonun Xanlıq kəndi ərazisində Gəyən düzü deyilən yerdə qeydə alınıb. Traktorun aşması nəticəsində traktora qoşulmuş lafetdə oturan şəxs lafetin altında qalıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.