Dekabrın 5-də Qusar rayonu Ləzə kəndində Şahdağ zirvəsinin yaxınlığında dağlıq əraziyə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu qayadan yıxılaraq ölüb. Məktəblinin ölümü ilə bağlı dekabrın 7-də təfərrüatlar yayılıb.
Həmin gün Nihad məktəbli dostları ilə Şahdağa istirahətə gedmişdi. Qarlı-şaxtalı havada dağlıq ərazidə dostları ilə birlikdə şəkil çəkdirən məktəbli daha sonra hündürlüyü 50 metrdən çox olan qayanın üstünə çıxaraq selfi çəkdirmək istəyib. Bu zaman 13 yaşlı oğlan sürüşüb və qayadan yıxılıb. O, hadisə yerində vəfat edib.
N.Rüstəmlinin meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.