Qusarda dəyəri 13 min manatdan artıq olan qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb. Bu barədə dekabrın 28-də Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, saxlanılan şəxs həmyerlisinin mənzilindən 13 275 manat dəyərində olan qızıl-zinət əşyalarını oğurlayıb.
Faktla bağlı araşdırma davam edir.
Eyni gündə Xaçmazda da evlərdən pul və qızıl-zinət əşyalarını oğurlayan rayon sakinləri saxlanılıblar.