Qusarda quldurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Bu barədə martın 10-da Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Saxlanılanlar zərərçəkmişə ümumilikdə 2000 ABŞ dolları və 190 manat ziyan vurublar. Həmin şəxslərin zərərçəkmişə məxsus evə gizlin daxil olaraq hədə-qorxu gələrək quldurluq etmələri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.