Qusar şəhərinin Çingiz Qurbanov küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İnsanoid.com xəbər verir ki, "Chevrolet" və "VAZ 2107" markalı avtomobillər toqquşub.
Nəticədə "VAZ 2107" markalı avtomobilin sürücüsü həlak olub. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Qəza nəticəsində Qusar sakinləri 23 yaşlı Fərrux Savziyev, 36 yaşlı Orxan Şəkərxanov və 25 yaşlı Amik Həsənəliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.