Rusiya Federasiyasının Kazan şəhərində 21-24 sentyabr tarixlərində Beynəlxalq “Kazan Digital Week” forumu keçiriləcək. Bu barədə 2 sentyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Keçiriləcək tədbir intellektual rəqəmsal texnologiyaların yaradıcıları və istifadəçiləri üçün nəzərdə tutulub. Forumda intellektual nəqliyyat sistemləri, kibertəhlükəsizlik, təhsil, səhiyyə və mədəniyyət sahələrində rəqəmsal texnologiyalara dair çıxışlar olunacaq.
Tədbirdə iştirak etmək istəyənlər öncədən qeydiyyatdan keçməlidirlər.