Rüşvət almaqda təqsirləndirilən həkimə dekabrın 7-də hökm oxunub. Bu barədə Report məlumat paylaşıb.
Hökmə əsasən, saxlanılan şəxsə şərti cəza təyin olunub. Həmçinin onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
İttihama görə, komissiyanın həkimi çağırışçılara rüşvət müqabilində hərbi xidmətə yararsız olmaları barədə saxta sənəd verib.
Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilmədiyini söyləyib.
Saxlanılan şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həkim komissiyasının sədri olub və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında çalışıb. Qadının sözlərinə görə, o, 39 il həkim işləyib.