Cinayətə görə məhkum olunan Rəşad Dağlının övladlarının təhsil haqları naməlum şəxs tərəfindən ödənilib. Bu haqda İnsanoid bu gün, 5 sentyabr tarixində məlumat verir.
Meyxanaçının oğlu Yusif və qızı Bətül sosial şəbəkələrdə bu barədə paylaşım ediblər.
“Çox adam bizim təhsil haqqımızı soruşur. Tanımadığımız şəxs pulu ödəyib. Anonim şəxsə təşəkkür edirik”, – Yusif deyib.
Qətlə görə mühakimə edilən meyxanaçının hər iki övladı tədrisin yalnız ingilis dilində aparıldığı “Sabis Sun” Beynəlxalq Məktəbində təhsil alır.
Burada ibtidai siniflər üçün illik təhsil haqqı 15.000 AZN, yuxarı siniflər üçün isə 17.000 AZN-dir.
@lee.yusif2023Cox sagolsun tanimadigimiz anonim soydasimiz????Allah razi olsunsun??♬ оригинальный звук - Lee.YusifOfficial