Sağlamlıq imkanları məhdud olan uşaqlar və məişət zorakılığından zərər çəkmiş şəxslər üçün bir sıra bölgələrdə sosial reabilitasiya müəssisələri yaradılacaq. Bu haqda yanvarın 7-də Sosial Xidmətlər Agentliyinin iclasında məlumat verilib.
2021-ci ildə Sosial Xidmətlər Agentliyinin müəssisələrində 2,2 min şəxsə stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlər aparılıb.
Sağlamlıq imkanları məhdud 7 minədək uşağa və ailələrinə reabilitasiya dəstəyi göstərilib.