Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında döyülərək komaya düşmüş vətəndaş ötən gün, dekabrın 15-də dünyasını dəyişib. Bu barədə Oxu.Az-a vətəndaşın qardaşı məlumat verib.
Onun sözlərinə əsasən, daha öncə, dekabrın 13-də qardaşı Psixiatriya Xəstəxanasında döyülərək koma vəziyyətinə düşmüşdür. Hadisəni gizli saxlamaq məqsədilə vətəndaş gecə ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətizdirilmişdir.
Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, hadisə orada olan xəstələr arasında mübahisə nəticəsində baş verib. İnsident barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.