Respublika üzrə pensiyaların aprelin 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə məlumat 12 aprel tarixində Dövlət Sosial Müdafiə Fondunun Facebook səhifəsində yerləşdirilib.
Qeyd edək ki, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın 2-ci rüb üzrə ödəniləcək 50 manatı da aprel ayının pensiyasının üzərinə əlavə olunacaq.