Süni mayalanma mütəxəssisləri üçün təlim təşkil olunub. Bu barədə 15 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.
Təlim türkiyəli mütəxəssislər tərəfindən keçirilib və 12 nəfər yeni süni mayalanma mütəxəssisləri hazırlanıb.
Təlimin əsas məqsədi gələcəkdə işğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişafına nail olmaq və peşəkar süni mayalanma mütəxəssisləri hazırlamaqdır.
Sonda iştirakçılara sertifikat və süni mayalanma ləvazimatları verilib.