ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi seçki kampaniyasını müvəqqəti dayandırdığını elan edib.
İnsanoid xəbər verir ki, o, bu barədə öz “X” hesabında tərəfdarlarına ünvanladığı mesajda bildirib.
“Mən hamıya elan etmək istəyirəm ki, kampaniyamı tamamilə dayandırmıram, ancaq onu müvəqqəti olaraq dondururam. Mənim adım əksər ştatlarda seçki bülletenlərində qalacaq”, - deyə Kennedi vurğulayıb.
O, həmçinin ABŞ prezidentliyi yarışında Donald Trampı dəstəklədiyini açıqlayıb.