Romada oğurluğa girən şəxs əlində kitabla tutulub.
İnsanoid Xarici KİVl-lərə istinadən xəbər verir ki, Romada maraqlı bir oğurluq hadisəsi yaşanıb.
38 yaşlı oğru, gecə vaxtı Prati rayonundakı bir mənzilə eyvandan girərək oğurluq etməyə çalışıb. Ancaq içəri girdikdən sonra yataq masasının üzərində bir kitab görüb.
Oğru Yunan mifologiyasına aid olan kitabı oxumağa başlayıb.
Maraqlıdır ki, oğru o qədər kitaba dalıb ki, ev sahibi, 71 yaşlı bir kişi, oyandıqda belə, hələ də oxumağa davam edirdi. Ev sahibinin oyandığını görən oğru panikaya düşüb və eyni eyvandan qaçmağa çalışıb. Lakin qonşular tərəfindən yolu kəsilərək polis tərəfindən həbs olunub. Onun üzərində daha əvvəl başqa bir evdən oğurladığı güman edilən dizayner geyimləri tapılıb.
Bu hadisə sosial mediada geniş diqqət çəkib və oğrunun kitab sevgisinin belə bir vəziyyətə səbəb olması insanlar tərəfindən maraqlı bir nümunə kimi qiymətləndirilib.