Rusiyada BMW markalı avtomobilin sürücüsü drift edərkən uşaq arabası ilə qadını vurub.
İnsanoid.com xarici KİV-ə istinadən bildirir ki, avtomobil şose yoldan çıxaraq tamaşaçı kütləsinə çırpılıb. Nəticədə xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
Məlumata görə, sürücü 26 yaşlı avtobloqçu Hacı Hacıyevdir. O, saxlanılıb.
Yaxın zamanda onun barəsində həbs qətimkan tədbiri seçiləcək.