Məhbuslar Rusiyanın Volqoqrad vilayətindəki 19 nömrəli koloniyanı ələ keçiriblər.
İnsanoid Rusiya Telegram kanallarına istinadən xəvər verir ki, orada üsyan baş verib. Daha sonra məhbuslar 5-dək FSİN əməkdaşını girov götürüblər. Onlardan ən azı birinin öldürükdüyü bildirilir. Hücum edənlər özlərini İŞİD üzvləri adlandırırlar.
Rostov vilayətində yerləşən SİZO-da təqsirləndirilənlər iki əməkdaşı ələ keçiriblər.
Zərərçəkmiş əməkdaşlar arasında koloniyanın rəisi Andrey Devyatov da var. Hazırda o, reanimasiyadadır.
Həbsxanaya gedən yol polislər tərəfindən bağlanıb.