Naməlum şəxs Moskvaətrafı Borqi kəndində yerləşən blogerin evinə daxil olaraq qarderobda gizlənib.
"Baza" Telegram kanalının məlumatına görə, dünən 28 yaşlı İvan U. blogerin evinə hasardan aşaraq daxil olub. O, beysbol dəyənəyi ilə pəncərəni sındırıb və evə girib. Yanında tikanlı məftil də olub. Evdə rəfləri qarışdıran İvan U., videomüşahidə kameraları vasitəsilə aşkarlanıb. Hadisə yerinə gələn polis onu qarderobda gizlənən vəziyyətdə tapıb.
Daha sonra məlum olub ki, 28 yaşlı İvan U. Moldovadan olan bir şəxsdir və narkotik istifadə səbəbindən ruhi pozuntu diaqnozu var.
Xoşbəxtlikdən, İvleeva həmin an evdə olmayıb. Nastya təxminən üç aydır bu evdə yaşamır və hazırda mülk 130 milyon rubla satışa çıxarılıb.
[gallery size="full" ids="212589,212591"]