Xroniki xəstəliklərdən əziyyət çəkən (piylənmə, immunçatışmazlığı, ürək qüsuru və xroniki ağciyər xəstəliyi və s.) 12 yaşdan yuxarı uşaqların COVID-19-a qarşı peyvənd olunması məsləhətdir. Bunu oktyabrın 27-də Səhiyyə Nazirliyinin rəsmisi bildirib.
“Onlara “Pfizer” vaksininin vurulması tövsiyə edilir. Peyvənd vurulan uşaqlarda əks-göstəriş və ya digər yan təsirlər böyüklərdəki kimidir”, - deyə Nazirlikdən əlavə edilib.