Hazırda həm uşaqlar, həm də böyüklər arasında yüksək hərarət və digər oxşar əlamətlərə malik virus infeksiyası yayılıb. Bu barədə yanvarın 10-da Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, əhali arasında kütləvilik təşkil edən xəstəlik mövsümi xarakter daşıyan kəskin respirator virusudur: “Bu viruslar, adətən, soyuq aylarda alovlanır. Yəni indiki kütləvi xəstələnmə mövsümi xarakter daşıyır”.
Mütəxəssis eyni zamanda əhaliyə müraciət edib: “İnsanlarda yüksək hərarət, baş ağrısı, burun axması, öskürək və s. kimi əlamətlər olsa, özlərini təcrid etməli və başqa şəxslərlə mümkün qədər təmasları azaltmalıdırlar”.