Külli miqdarda diş implantlarının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Bu haqda noyabrın 18-də Dövlət Gömrük Komitəsi xəbər verib.
Yoxlama zamanı həmin şəxsin çamadanında gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən 120 ədəd “Bone Level” markalı implant və 8 ədəd “Aggressor” markalı diş implantı aşkar olunub. Vətəndaşın orta təhsilli olduğu və həkim köməkçisi işlədiyi müəyyən edilib.
Müvafiq qanunvericiliyə əsasən, diş implantının idxalı sanitar-gigiyenik qaydalara əməl olunmaqla Səhiyyə Nazirliyinin icazəsi ilə həyata keçirilir.