“Sabah” basketbol klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 26 avqust tarixində xəbər verir.
Amerikalı Kivon Devonport və Mayk Holton “Sabah” klubu ilə 1 illik müqavilə bağlayıblar.
203 santimetr boya malik olan 25 yaşlı basketbolçu peşəkar karyerası ərzində İsrail, Ukrayna və Fransa liqalarında legioner həyatı yaşayıb. Devonport son olaraq, Fransanın “Orlean Luare Basket” klubunda çıxış edib.
Mayk isə son olaraq, Avstriya Superliqasında mübarizə aparan “Pölten” klubunda çıxış edib. 2022/2023 mövsümündə 28 oyuna çıxan basketbolçu hər oyunda orta hesabla 21 xal toplayıb.